GIZ-in nümayəndə heyəti “ASAN xidmət”də

12 mart 2019-cu il tarixində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) İdarəçilik üzrə Əməkdaşlıq Proqramının Təklif Missiyasının rəhbəri Anya Derişin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 27 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Eyni zamanda, qonaqlar “ABAD” publik hüquqi şəxs, "ASAN Radio", 108 “Çağrı” mərkəzi və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olublar.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

A- A A+

Digər press-relizlər