Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təsis yığıncağı keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən davamlı işlər aparılır.

Bu məqsədlə 6 mart 2013-cü il tarixində Azərbaycanın tanınmış vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Agentliyin inzibati binasında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın yaradılması təklifi irəli sürülmüşdür. Tədbirdə iştirak edən Agentliyin Sədri İnam Kərimov bu təşəbbüsü dəstəkləyərək qeyd etmişdir ki, ictimai şuraların yaradılması və aktiv fəaliyyəti çox mühüm məsələdir.

İctimai Şuranın təsis olunmasında  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyinin, Azərbaycan İnternet Forumu, «Şəffaflıq  Azərbaycan», («Transparency Azerbaijan»), Korrupsiyaya qarşı mübarizə Fondu, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına yardım Fondu, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Sahibkarlar  Təşkilatları Milli Konfederasiyası, «Hüquq və İnkişaf» İctimai Birlyi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının nümayəndələri də iştirak etmişdir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yekdilliklə İctimai Şuranın koordinatoru seçilmişdir.

Qeyd edək ki, İctimai Şura öz işini təşkil etmək məqsədilə Agentliklə razılaşdırmaqla öz iş qaydasını müəyyən edəcək. Həmçinin, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin yaradılması və təkmilləşdirilməsinə təşviqlə bağlı tədbirlər həyata keçirəcək, həmçinin ictimaiyyətlə informasiya münasibətlərinin daha effektiv qurulması məqsədilə öz rəsmi internet resursunu və  sosial media hesablarını yaradacaqdır.

Bundan başqa, Şura vətəndaşlar arasında elektron xidmətlərə olan ehtiyacın və onların göstərilmə səviyyəsinin müəyyən edilməsi ilə bağlı sorğular və monitorinqlər keçirəcək, vətəndaşlar arasında elektron xidmətlərin istifadəsinə təşviqlə bağlı maarifləndirmə işlərini aparacaq. İctimai Şuranın iclaslarına Agentliyin, aidiyyəti qurumların və kütləvi informasiya vasitələrinin, internet media qurumlarının nümayəndələrini dəvət ediləcək. Şura həyata keçirilən monitorinqlərin yekunları ilə əlaqədar aidiyyəti dövlət qurumuna məlumat və Agentliyə yazılı hesabat təqdim edəcək.

 

A- A A+

Digər press-relizlər