Please ensure Javascript is enabled for purposes of website accessibility

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının nümayəndə heyəti “ASAN xidmət”də

7 iyul 2018-ci il tarixində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olub.

   

Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 22 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Qonaqlar ,həmçinin, “ASAN radio” və “ASAN Təlim-Tədris Mərkəzi”nin fəaliyyəti ilə də tanış olublar.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

A- A A+

Digər press-relizlər