Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN Viza” sistemində yeniliklər

“ASAN Viza” sisteminin inkişafı və istifadəçi rahatlığının təmin edilməsi ilə bağlı tədbirlər çərçivəsində “ASAN Viza” sistemində təkmilləşdirmə işləri aparılaraq portalın fransız dili versiyası istifadəyə verilib.

Hazırda portal 6 dildə (Azərbaycan, İngilis, Fransız, Ərəb, Fars və Rus) fəaliyyət göstərir.

Əlavə olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qaydalarına dair məlumatlandırmasını təmin etmək və müvəqqəti qeydiyyatın aparılması məqsədilə “ASAN Viza” portalı üzərindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin internet səhifəsinə keçid təmin edilib.

Xatırladaq ki, “ASAN Viza” sistemi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb.

Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standard elektron vizanı 3 iş günü, sürətləndirilimiş qaydada isə 3 saat ərzində 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) əldə edə bilər.

Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir. Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.
 

A- A A+

Digər press-relizlər