Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN Viza”da 100 yaşlı şəxsin müraciəti qeydə alınıb

7 sentyabr 2018-ci il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında “ASAN Viza”ya müraciət edən ən yaşlı şəxs qeydə alınıb. O, 1918-ci il təvəllüdlü Bolqarıstan əsilli İsrail vətəndaşı Danon Yaakovdur. “ASAN Viza” sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların rəsmiləşdirilməsi xidmətinə müraciət edən Yaakov ölkəmizə turist kimi gəlib.

Hazırda Bakı, Gəncə, Qəbələ və Lənkəran beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların rəsmiləşdirilməsi təmin edilir. Hava limanlarında əməkdaşlar ölkəmizə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə azərbaycan, ingilis, fransız, ispan, alman, türk, hind, ərəb, fars, ibri, urdu, norveç və rus dillərində xidmət göstərirlər.

“ASAN Viza” özünəxidmət terminalları vasitəsilə hava limanında əcnəbilərə vizaların verilməsinə 2018-ci il mayın 15-dən etibarən başlanılıb. Bu günə kimi 583 544-ü “ASAN Viza” portalı vasitəsi ilə, 170 276 -sı hava limanlarında olmaqla, ümumilikdə 753 820 viza verilib.

A- A A+

Digər press-relizlər