Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN Kommunal”ın xidmətlərindən sifarişli əsaslarla səyyar formada yararlana bilərsiniz

Artıq vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz" İB, "Azərişıq" ASC, “Azərsu” ASC tərəfindən göstərilən xidmətlərdən evlərində və ya iş yerlərində sifarişli əsaslarla səyyar formada yararlana biləcəklər.

Xidmətlərin sifarişi isə 9-108 nömrəli Çağrı mərkəzi vasitəsi ilə mümkündür.

Səyyar xidmətlər dedikdə qanunla müəyyən edilmiş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar  (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən) üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

 

A- A A+

Digər press-relizlər