Please ensure Javascript is enabled for purposes of website accessibility

2 saylı “ASAN Kommunal” mərkəzində notariat xidmətləri göstərilir

Artıq vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzinə müraciət edərək Ədliyyə Nazirliyinin notariat xidmətlərindən də yararlana bilərlər.

Xidmətlərin “ASAN xidmət” mərkəzləri ilə yanaşı 2 saylı “ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır.

Əsas məqsəd isə şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.

Eyni zamanda vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana bilərlər.

Qeyd edək ki, “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara Azərişıq ASC, Azərsu ASC və Azəriqaz İB-nin 45 növ xidməti təqdim olunur.

A- A A+

Digər press-relizlər