Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 28 may Respublika günü münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en

“ASAN xidmət” UĞUR 2013 mükafatına layiq görüldü

“ASAN xidmət” səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhvələrə görə “UĞUR 2013” mükafatı ilə təltif edilib.

"UĞUR" Milli Mükafatı Consulting&Business jurnalı tərəfindən 2000-ci ildə təsis edilib. 1996-cı ildən nəşr olunan jurnal iqtisadiyyat və biznes sahələrini əhatə edir. İşgüzar informasiya-analitik dərgisi olaraq jurnal Azərbaycanın işçi dairələrinə öz məlumat strategiyasıyla dəstək verir.

Azərbaycanda iqdisadiyyat və biznes sahəsində əldə olunan nailiyyətlərə görə "UĞUR" - ilk Milli Mükafatın təsis olunması məhz bu səbəbdən də ölkənin iş adamları tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir.