Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Məmmədov Anar Adil oğlu

Məmmədov Anar Adil oğlu 10 may 1986-cı il tarixində Bakı şəhərində anadan olub.

1992-2003-cü illərdə Bakı şəhəri, Xətai rayonu Murad Hacıyev adına 116 saylı tam orta məktəbdə təhsil alıb.
2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər fakultəsində, Ümumi iqtsadiyyat ixtisası üzrə bakalavr, 2009-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində MBA proqramı  üzrə magistr dərəcəsi alıb.
2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinn “N” saylı hərbi hissəsində, hərbi xidmətdə olub.
2009-2013-cü illərdə “Qaraxan” MTK-da baş mühasib, 2013-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə regional "ASAN xidmət" mərkəzində direktor müavini vəzifəsində çalışıb.

2013-cü ilin oktyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktor müavini vəzifəsində çalışır.
Rus, ingilis və alman dillərini bilir.
Ailəlidir, 2 övladı var.