Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 20-26 mart Novruz bayramı münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en

Qasımov Adil Nazim oğlu

Qasımov Adil Nazim oğlu 11 fevral 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 

1993-1996-cı illər ərzində Türkiyə “Balıkesir texnik hazırlama okulu”nda  rabitəçi gizir ixtisasında təhsil almış, 1996-1997-ci illərdə Türkiyə “Ankara astsubay hazırlama okulu”nda rabitəçi gizir ixtisasını davam etdirmişdir. 1998-2003-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə təhsil almışdır. 2003-2008-ci illərdə Maidə kiçik müəssisəsində mühasib vəzifəsini yerinə yetirmişdir. 2008-2013-cü illərdə isə Azərbaycan Respublikası Neft şirkətinin neft kəmərləri idarəsində  əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışmışdır.

Ailəlidir, 2 övladı var.