Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 20-26 mart Novruz bayramı münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en

Batıyeva Labidə Həsən qızı

Batıyeva Labidə Həsən qızı 22 iyul 1959-cu ildə Ağstafa şəhərində anadan olmuşdur.

1975-1980-ci illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. 1981-1992-ci illərdə Ağstafa şəhər 2N-li orta məktəbdə  müəllim, 1992-2000-ci illərdə isə həmin məktəbdə direktor müavini , 2000-2008-ci illərdə Ağstafa Rayon  İcra Hakimiyyəti Başçısının müavini, 2008-2011-ci illərdə Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri ,2012-ci ilin noyabr ayınadək  Azərbaycan Milli Elmlər Akademiyası Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda şöbə müdirinin müavini vəzifələrində işləmişdir. Həmçinin Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının Qadınlar Şurasının sədri olmuşdur. Dövlət qulluğunun müşaviridir.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2011-ci il tarixli 1754 saylı Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Ailəlidir, 3 övladı var.