Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

1 saylı “ASAN Kommunal”da da ASAN İmza ilə bağlı xidmətə başlanılıb

17 aprel 2017

1 saylı “ASAN Kommunal” mərkəzində fiziki və hüquqi şəxslərə ASAN İmza SİM kartı üzrə sertifikatın verilməsinə başlanılıb.

Belə ki, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə, xidmətin daha effektiv və operativ təşkil olunması üçün bu xidmət “ASAN xidmət” mərkəzləri ilə yanaşı artıq 1 saylı “ASAN Kommunal” mərkəzində də göstərilməsinə başlanlılıb.

Qeyd edək ki, ASAN İmza Vergilər Nazirliyi və Mobil operatorlar (Azercell, Bakcell, Nar Mobile) tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir.