Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 20-26 mart Novruz bayramı münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en

“ASAN Viza” portalından ilk e-viza alan əcnəbilər Bakıya gəliblər

30 dekabr 2016

“ASAN Viza” portalından (www.evisa.gov.az) ilk elektron viza alan İtaliya vətəndaşları Nicoletta Prandi və Luca Rossi 30 dekabr 2016-cı il tarixində Bakıya gəliblər.

Əcnəbilər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımda (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində alıblar. Qonaqların ölkəmizə gəliş məqsədi isə turizmdir.  Qeyd edək ki, e-viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.

Məlumat üçün bildirək ki, 16 dekabr 2016-cı il tarixində “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Hazırda test rejimində fəaliyyət göstərən “ASAN Viza” portalı yanvar ayının 10-dan etibarən tam istifadəyə veriləcəkdir.