Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 20-26 mart Novruz bayramı münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en

Multikulturalizm ilinə həsr olunmuş tədbir keçirilib

23 dekabr 2016

22 dekabr 2016-cı il tarixində Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllülərinin iştirakı ilə Multikulturalizm ili və dövlət başçısının doğum gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə “ASAN xidmət” mərkəzinin 35 könüllüsü tərəfindən bir çox xalqların rəqsləri və musiqi nömrələri ifa olunub. Könüllülərin ifasında hind, ispan, fars, yəhudi, ləzgi, qaraçı, rus, özbək, eləcə də milli rəqslər nümayiş etdirilib.

Bundan əlavə, könüllülərin ifasında cənab Prezidentə həsr olunmuş mahnılar və musiqi irsimizin incisi olan muğam ifa olub.

Konsert vətənpərvərlik ruhunda olan musiqi nömrəsi və yallı ifası ilə yekunlaşıb.