Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 28 may Respublika günü münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en

Adın dəyişdirilməsi üçün nə təqdim etməliyəm?

"ASAN xidmət" mərkəzlərinə aşağıdakı sənədlərlə adın dəyişdirilməsi üçün müraciət edə bilərsiniz:

  1. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə ;
  2. Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;
  3. Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
  4. Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
  5. Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
  6. Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  7. Çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
  8. Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
  9. Dövlət rüsumunun ödənilməsi barədə sənəd. (10 manat)