Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

“ASAN xidmət” mərkəzlərində vətəndaşlara hansı xidmətlər göstərilir?

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları üzrə aşağıdakı xidmətlər həyata keçirilir:            

  • Ədliyyə nazirliyi
    - doğumun qeydə alınması
    - ölümün qeydə alınması
    - nikahın qeydə alınması
    - nikahın pozulmasının qeydə alınması
    - övladlığa götürmənin qeydə alınması
    - atalığın müəyyən edilməsinin qeydə alınması
    - adın, ata adının və soyadının dəyişdirilməsinin qeydə alınması
    - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi
    - notariat fəaliyyəti
  • Daxili İşlər Nazirliyi
    - şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
    - ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
    - sürücülük vəsiqələrinin dəyişdirilməsi
    - məhkumluq barədə arayışların verilməsi
  • Vergilər Nazirliyi
    - kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı
  • Əmlak Məsələləri Dövlət Komitəsi
    - yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
    - daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
  • Dövlət Gömrük Komitəsi
    - gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu
  • Dövlət Miqrasiya Xidməti
    - əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi
  • Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
    - torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
  • Dövlət Sosial Müdafiə Fondu
    - əmək pensiyalarının təyin edilməsi
  • Milli Arxiv İdarəsi
    - hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi 

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti      
    - yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması  
  • Funksional yardımçı xidmətlər
    - bank xidmətləri
    - sığorta xidmətləri
    - hüquq yardım xidmətləri
    - bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər
    - tibb xidmətləri
    - rəsmi internet informasiya ehtiyatı vasitəsi ilə göstərilən xidmətlər
    - mərkəzlərdə quraşdırılan xüsusi terminallar vasitəsi ilə göstərilən xidmətlər
    - foto xidmətləri
    - “AZƏRİQAZ” müştəri xidmətləri
    - Bakcell xidmətləri
    - Azercell xidmətləri
    - Mərkəzi Bank xidmətləri