Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Sifarişli əsaslarla həyata keçirilən səyyar xidmətlər

Daxili İşlər Nazirliyi:

  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi (Naxçıvan MR-da daimi qeydiyyatda olan şəxslər üçün ilkin şəxsiyyət vəsiqələrinin verilməsi, həmçinin şəxsiyyət vəsiqələrinin itməsi, yararsız hala düşməsi və qeydiyyatla bağlı dəyişiklik edilməsi halları istisna olmaqla);

  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

  • Məhkumluq barədə arayışların verilməsi.

Ədliyyə Nazirliyi:

  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
  • Notariat fəaliyyəti;

Notariat fəaliyyətini sifarişli əsaslarla həyata keçirilməsinə görə ödənilən xidmət haqqı

Hərəkətin adı

Xidmətə görə haqq (manatla)

 1

Daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi (alqı-satqı istisna olmaqla)

460.00

2

Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqi

120.00

3

Ipoteka müqaviləsinin təsdiqi:

140.00

4

Sonrakı ipoteka müqaviləsinin təsdiqi:

140.00

5

Icarə müqaviləsinin təsdiqi:

180.00

6

Yaşayış sahəsinin kirayəyə verilməsi barədə müqavilələrin təsdiqi

110.00

7

Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin təsdiqi:

110.00

8

Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair və sair etibarnamələrin təsdiqi

100.00

9

Nikah müqaviləsinin təsdiqi

160.00

10

Miras paya sərəncam verilməsinə dair müqavilənin təsdiqi:

90.00

11

Mirasın bölüşdürülməsinə dair sazişin bağlanması

90.00

12

Ər-arvadın ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi

170.00

13

Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi

100.00

14

Sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edilməsi

100.00

15

İtirilmiş sənədin dublikatının verilməsi

100.00

16

Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiq edilməsi

100.00

17

Şəxsin sağ olması faktının təsdiq edilməsi

100.00

18

Şəxsin müəyyən yerdə olması faktının təsdiq edilməsi

100.00

19

Şəxslə foto şəkildəki şəxsin eyniliyinin təsdiq edilməsi

100.00

20

Sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsi

100.00

21

Fiziki və hüquqi şəxslərin ərizələrinin başqa fiziki və hüquqi şəxslərə verilməsi

100.00

22

İcra qeydlərinin aparılması

100.00

23

Veksellərə protestlərin tərtib edilməsi

100.00

24

Dəniz protestlərinin tərtib edilməsi

90.00

25

Sübutların təmin edilməsi

100.00

26

Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi

90.00

27

Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi

160.00

28

Digər qiymətləndirilən müqavilələrin təsdiqi

90.00

29

Digər qiymətləndirilməyən müqavilələrin təsdiqi

160.00

30

Vəsiyyətnamələrin təsdiqi

130.00

31

Sair notariat hərəkətləri

100.00

 

Dövlət Miqrasiya Xidməti:

  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması);

  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrin verilməsi;

  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması);

 

Əmlak Məsələləri Dövlət Komitəsi:

  • Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;

  • Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;

  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.

Vergilər Nazirliyi:

ASAN imza sertifikatının verilməsi.


Qeyd 1: Asan İmza ilə bağlı xidmətə qoşulma Bakcell, Azercell və Nar operatorları tərəfindən həyata keçirilir. Xidmətə qoşulma haqqı 18 azn (3 illik).

Qeyd 2: ASAN İmza ilə bağlı xidmətlərin həyata keçirilməsi – 82 azn (ƏDV daxil olmaqla).


Xidmətin sifarişi:

Xidmətin sifarişi 9-108 nömrəli “Çağrı” mərkəzi vasitəsi ilə həyata keçirilir.


İş rejimi:

Bazar ertəsi- cümə günü saat 10:00-19:00-dək, şənbə günü 10:00-14:00-dək.


Əhatə dairəsi:

Xidmət Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşayan, həmçinin Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olmaqla Bakı şəhərində olan şəxslərə aiddir.

Xidmət haqqının məbləği (Asan İmza və notariat fəaliyyətinin göstərilməsi ilə bağlı ödənilən xidmət haqqı istisna olmaqla):

•     İkitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması) - 90 AZN xidmət haqqı (ƏDV daxil olmaqla);

•     Birtərəfli xidmət (sənədlərin qəbulu) - 50 AZN xidmət haqqı (ƏDV daxil olmaqla);

Xidmət Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşayan, həmçinin Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olmaqla Bakı şəhərində olan şəxslərə aiddir. 


Xidmətin sifarişi:

Xidmətin sifarişi 9-108 nömrəli “Çağrı” mərkəzi vasitəsi ilə həyata keçirilir.

 

İş rejimi:

Bazar ertəsi- cümə günü saat 10:00-19:00-dək, şənbə günü 10:00-14:00-dək.


Xidmət haqqının məbləği (notariat fəaliyyətinin göstərilməsi ilə bağlı ödənilən xidmət haqqı istisna olmaqla):

  • İkitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması) - 90 AZN xidmət haqqı (ƏDV daxil olmaqla);

  • Birtərəfli xidmət (sənədlərin qəbulu) - 50 AZN xidmət haqqı (ƏDV daxil olmaqla).

Qeyd 1: Yuxarıda qeyd edilən sifarişin xidmət haqqına dövlət rüsumları, cərimələr və normativ hüquqi aktlarla müəyyən edilən xidmət haqqları daxil deyil. 

Ümumi məlumat:

3 fevral 2014-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlamışdır. Səyyar xidmətlər dedikdə qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar  (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən)  üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

 

Əlavə məlumat üçün “108” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.