Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Mobil “ASAN xidmət”

Ədliyyə Nazirliyi:


  • Notariat fəaliyyəti;
  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.

Daxili İşlər Nazirliyi:


  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu:


  • Əmək pensiyalarının təyin edilməsi;

Əmlak Məsələləri Dövlət Komitəsi:


  • Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
  • Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.

 Yardımçı xidmətlər:


  • Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
  • Foto xidməti;
  • Tibb xidməti.
İş qrafiki:

Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.


 

Əlavə məlumat üçün “108” Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd: xidmətin göstərilmə qrafiki və yeri ilə cədvəldə tanış ola bilərsiniz.