Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 28 may Respublika günü münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en

Mətbuat


“ASAN xidmət” fəaliyyətə başladığı ilk həftədə 950-yə yaxın vətəndaşa xidmət göstərib
21 yanvar 2013
Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı "ASAN xidmət" mərkəzi fəaliyyət göstərdiyi ilk 5 iş gününə (15-19 yanvar) dair statistik məlumatları açıqlayıb.

Ətraflı...

“ASAN xidmət”də ilk iş günü
16 yanvar 2013
Xəbərlər

5 mərtəbəli geniş, modern dizaynı ilə fərqlənən bir binaya daxil oluruq. Binanın qapıları, içəridə oturanların kabinetləri də şüşədəndir. Təşkilat rəhbərləri bununla da fəaliyyətlərinin hər səviyyədə şəffaf olduğunu büruzə verməyə çalışırlar. Hər mərtəbədə müasir avadanlıqlar gözə çarpır. Bura müraciət edənlər üçün asan dildə izahatların yer aldığı lövhələr yerləşdirilib. Artıq fəaliyyətə başlayan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində sizi də bu mənzərə gözləyir.

Ətraflı...

ASAN xidməti fəaliyyətə başladı
15 yanvar 2013
Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ilk “ASAN xidmət” mərkəzi bu gündən başlayaraq Bakının Nəsimi və Nərimanov rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərməyə başladı. Hələ səhər saatlarından vətəndaşlar mərkəzə müraciət etməyə başlayıb. Yeni xidmət, xüsusilə də buranın əməkdaşlarının münasibəti vətəndaşları müsbət mənada təəccübləndirmişdir.

Ətraflı...

1 saylı “ASAN xidmət” fəaliyyətə başlayır
14 yanvar 2013
Xəbərlər

Sabahdan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. 1 saylı “ASAN xidmət” mərkəzi paytaxtın Nəsimi və Nərimanov rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərəcək.

Ətraflı...

“ASAN xidmət”in saytı fəaliyyətə başlayıb
7 yanvar 2013
Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmət” mərkəzlərinin saytı (asan.gov.az) fəaliyyətə başlayıb. Saytda “ASAN xidmətlər”, “Onlayn növbə”, “Çağrı” mərkəzi”, “Onlayn əlaqə”, “Faydalı məlumat”, “Özünə xidmət”, “Səyyar xidmətlər”, “E-ASAN”, “Müraciət göndər”, həmçinin digər bölmələr fəaliyyət göstərir. 

Ətraflı...